Araşdırma

Xətai rayonunda bina sakinlərin başına uçur, icra hakimiyyəti və aidiyyatı qurumlar göz yumur – FOTOLAR

Sharing is caring!

Bu fotoları Xəbəral.az-a həmin binanın sakinlərindən biri çəkib göndərib və deyir ki, zəlzələni demirəm hələ, elə yüngülvari külək əsəndə canımıza vəlvələ düşür. Binanın 100 -dən çox yaşı var. 2000-ci il noyabr zəlzələsindən bəri qəzalıdır. Baxan yoxdur. Biri gəlsin maraqlansın, ya bizi o yanlıq eləsinlər, ya bu yanlıq…

Xəbəral.az xəbər verir ki, bu yararsız, çürüyüb-tökülən bina Bakının Xətai rayonu 8 Noyabr pr. 92 (yəni keçmiş Nobel pr.) ünvanında yerləşir.

Sakinlər bildirir ki, vallah, qorxa-qorxa yaşamaq da bir həyat deyil.
Hər halda, sizə yazdıq.Bəlkə də sizin yazınızdan sonra Xətai rayon icra hakimiyyəti hərəkətə keçib bizlərə köməklik göstərə.
Göz yumulan hər səhlənkarlıq insanların həyatı bahasına başa gələ bilər. Bunun üçün real və canlı nümunələr çoxdur.
Vaxt gedir… Sabah gec ola bilər…

Sözügedən fotoları sizlərə təqdim edirik

Xəbəral.az qarşı tərəfin mövqe haqqını tanıyır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir