Dünya

Məşhur isveçli müğənni Kahramanmaraşda zəlzələ qurbanlarına yemək payladı – FOTO

Sharing is caring!

Məşhur isveçli müğənni Maher Zain Kahramanmaraşda baş verən və 10 vilayətdə böyük dağıntılara səbəb olan zəlzələlərdən sonra sosial media hesabından Türkiyəyə yardım üçün ard-arda paylaşımlar edib.

Paylaşımlardan sonra Kahramanmaraşa gedən Livan əsilli müğənni yardım qrupları ilə bir araya gələrək zəlzələdən zərər çəkənlərə yemək paylayıb, yardım işlərində iştirak edib.

Maher Zain sosial media hesablarında yardım fəaliyyətlərinin görüntülərini paylaşıb.

“Zəlzələdən ən çox zərər çəkən şəhərlərdən biri olan Kahramanmaraşa gəldik. Burada baş verən dağıntıları sizə çatdırmağa çalışıram, amma kameradan bunu göstərmək mümkün deyil”, – deyə o qeyd edib.

Mənbə: CNN Türk

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir