Azərbaycan Premyer Liqasında yeni mövsümün startı ərəfəsində “Sumqayıt” transfer çalışmalarını sürətləndirib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, heyəti tam komplektləşdirə bilməyən “gənclik şəhəri”nin təmsilçisi xüsusən vinger mövqeyinə oyunçu axtarır.
“Kimyaçılar” hücumun cinahlarına iki futbolçu cəlb etmək istəyirlər. Hazırda bir neçə oyunçu ilə danışıqlar davam edir. Klub qısa zamanda danışıqları tamamlamaq niyyətindədir.
Faiq Tahirov
Xeberal.az