Dünya

Ərdoğan Putinin avqustda Türkiyəyə səfər edəcəyini açıqlayıb

Sharing is caring!


Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri avqustda baş tuta bilər.

Bu sözləri bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Dəqiq tarix hələ müəyyən edilməyib. Hazırda XİN və kəşfiyyat rəhbərləri bu məsələ üzərində işləyirlər. Ümid edirəm ki, onların işləri nəticəsində səfər avqust ayında baş tutacaq”, – deyə Ərdoğan bildirib.

Həmçinin Ərdoğan deyib ki, Türkiyə və Rusiya “Taxıl sazişi” ilə bağlı məsələdə “eyni tərəfdədirlər”.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir