İdman

“Kəpəz”in məşqçisi diskvalifikasiya olunub

Sharing is caring!


AFFA İntizam Komitəsi Əvəzedicilər liqasında XXVI turun “Kəpəz-2” – “Neftçi-2” oyunu ilə bağlı sərt qərar qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, gəncəlilərin məşqçisi Orxan Verdiyev ciddi sanksiya ilə üzləşib.

76-cı dəqiqədə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alan mütəxəssis ardından referiyə təzyiq göstərməyə cəhd edib. Bu onun 5 oyunluq diskvalifikasiyasına, “Kəpəz”in isə 400 manat cərimələnməsinə səbəb olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir