Təhsil

Şirvan -Salyan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə media nümayəndələri ilə görüş təşkil edilib.

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Şirvan- Salyan Regional Təhsil İdarəsində bir qrup jurnalist və media nümayəndələri ilə dəyirmi masa arxasında görüş keçirilib.

Görüşdə Şirvan- Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli , İnzibati sektorun müdiri Nazim İbrahimov, Maliyyə və İqtisadiyyat sektorunun müdiri Rəvan Baxışov, idarənin media üzrə nümayəndələri və jurnalistlər iştirak edib.

Şirvan -Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli görüş zamanı direktorların, direktor müavinlərinin işə qəbulundan , məktəbəqədər təhsil müəssisələrində elektron qəbul prosesindən, şagird yerdəyişməsindən, məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi müəllimlərin işə qəbulundan və qış mövsümü ilə bağlı məktəblərdə istilik sistemi bağlı görülən işlər barəsində geniş məlumat verdi.

Sonda Şirvan- Salyan Regional Təhsil İdarəsinin müdiri media nümayəndələrini maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Qeyd edək ki, bu görüşün məqsədi təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və təhsil sahəsi üzrə görülən işlər, yeniliklərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir