Tədbirlər

“Ekoloji maarifləndirmə tədbirlərinin təşkili” mövzusunda sonuncu tədbir Tər-Tər rayonunda keçirilib

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ” Kənd Qadınlarına Qayğı” İctimai Birliyinin həyata keçirdiyi “Ekoloji maarifləndirmə tədbirlərinin təşkili” mövzusunda layihəsi çərçivəsində sonuncu tədbir Tər-Tər rayonun R.Nuriyev adlı 6 nömrəli tam orta məktəbdə davam edib. Yuxarı sinif şagirdlərin və müəllimlərin iştirakı ilə keçirilən görüşdə Layihə rəhbəri Habil Niftali iştirakçılara layihə barədə məlumat verib.Tər-Tər rayon icra hakimiyyətinin nümayəndəsi Rəvan Həsənov, Tər-Tər rayon R.Nuriyev adına 6 nömrəli tam orta məktəbin direktoru Azad Abbasov, layihənin köməkçisi Taleh Əliyevin maraqlı çıxışından sonra tədbir layihənin eksperti Günel İbrahimin təqdimatı ilə davam etdirilmişdir.

 Xatirladaq ki, layihə çərçivəsində ilk tədbir 18 Aprel 2022 tarixində Fizuli rayonu Horadiz qəsəbəsində yerləşən Heydər Əliyev mərkəzində,19 Aprel 2022 çi il tarixində Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Mədəniyyət Evində keçirilmişdir.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir