Cəmiyyət

Bakı Regional Qaz İstismarı İdarəsinin direktoru: “Son bir həftə ərzində 1744 şikayət daxil olub”

Sharing is caring!

“Qaz təchizatı ilə bağlı Bakıda və digər ərazilərdə heç bir problem yoxdur. Son bir həftə ərzində fərdi problemlərlə bağlı mindən çox şikayət daxil olub”.

Oxu.Az xəbər verir ki, bu fikirləri “Azəriqaz” İB-nin “Açıq qapı günü”ndə Bakı Regional Qaz İstismarı İdarəsinin direktoru Rauf Əhmədov deyib.

O bildirib ki, son bir həftə ərzində 1744 şikayət daxil olub:

“Onlar barədə tədbirlər görülüb, qəbul edilən şikayətlər artıq 100-150 arasıdır. Ötən gün 140, bu gün isə 127 şikayət qəbul etmişik. Bu da onu göstərir ki, problemlər azalıb. Şikayətlərin əksəriyyəti abonentlərin fərdi problemləri ilə əlaqəlidir. Əməkdaşlarımız tərəfindən şikayətlərə baxılır və problemlər aradan qaldırılır”.

Qeyd edək ki, “Azəriqaz” İB-nin mətbuat katibi Eldəniz Vəliyev isə qeyd edib ki, qurum tərəfindən aparılan tədbirlər nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il qaz təzyiqinin aşağı olmasına dair şikayətlər azalıb:

“Belə ki, 2021-ci ilin oktyabr ayı ilə müvafiq dövrü müqayisə etsək, çox ciddi fərq olduğunu görürük. 2021-ci ilin oktyabr ayı ərzində qaz təzyiqinin aşağı olmasına dair daxil olan şikayətlərin sayı 19 194 olubsa, bu ilin oktyabr ayında daxil olan şikayətlərin sayı 4 158 olub. Bu da çox ciddi fərq deməkdir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir