Şou-Biznes

Öz doğma anası “Dəmir Arni”nin “mavi” olduğunu düşünürmüş

Sharing is caring!

Hollivud ulduzu Arnold Şvarsenegger maraqlı açıqlama verib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, yeniyetmə çağlarında otağının divarından çılpaq bodibilder şəkilləri asdığı üçün anası onun homoseksual olduğunu düşünüb.

“Həyatım bodibilder kimi şöhrətlənəndən sonra dəyişdi. Buna qədər cılız bir oğlan idim. Anam əvvəllər divarımdakı çılpaq kişi şəkillərini görüb dəli olurdu, mənim fərqli cinsi oriyentasiyaya malik olmağımdan qorxurdu.

Çox sərt insan olan atam isə bu vəziyyətdən narahat olub, məni kötəkləmişdi. O, əzələ yığmaq istədiyimi biləndə demişdi ki, bədənini yağlayıb güzgü qabağında özünə tamaşa etməkdənsə, get odun yar”,- deyə aktyor bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir