Mədəniyyət

Cənubi Qafqazın ən qədim kilsəsi, 20-25 nəfərin dəfn edildiyi məbəd – FOTOREPORTAJ

Sharing is caring!


Kiş kilsəsi Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsidir. 

Tarixçi-salnaməçi Moisey Kalankatlının “Alban ölkəsinin tarixi” əsərinə görə İsanın din qardaşı Yakov tərəfindən xristianlığı təbliğ etmək üçün Albaniyaya göndərilmiş Yelisey əvvəlcə bir müddət Çola və Uti vilayətində missionerlik edib, sonra isə Kiş adlı kəndə gedərək, orada kilsə tikib.

Nəinki Qafqaz Albaniyasının, hətta bütün Cənubi Qafqazın ilk xristian kilsəsinin tikildiyi yer, bir çox tədqiqatçıların fikrincə, məhz indiki Şəki rayonunun Kiş kəndidir və həmin səbəbdən də indi Şəkinin Kiş kəndindəki məbəd “Müqəddəs Yelisey kilsəsi” adı ilə tanınmaqdadır.

2000-dən çox yaşı olan məbədin daxilində dərinliyi 5, eni isə 3 metr olan katakomba tipli sərdabənin içərisində 20-25 nəfərin dəfn edildiyi bildirilir. 

PhotoStock.az-ın Cənubi Qafqazın ən qədim məbədindən fotoreportajını təqdim edirik:

Daha çox foto burada: PhotoStock.az 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir