Şou-Biznes

“Sonu Emi Vinhaus kimi olacaq” – Britni Spersin ailəsindən iddia

Sharing is caring!

Dünya şöhrətli pop ulduz Britni Spersin ailəsi maraqlı açıqlama ilə diqqət çəkməyə çalışıb. 

Lent.az-ın xəbərinə görə, son günlər sosial şəbəkə hesabında paylaşdığı çılpaq fotoları ilə gündəmə gələn müğənninin ailəsi onun  psixoloji vəziyyətindən narahatlıq ifadə edib.

“O, mərhum rok müğənnisi Emi Vinhausun irəlilədiyi faciəvi yolla gedir. Sonu Emi kimi olacaq”, deyə müğənninin ailə üzvləri bildiriblər.
Bu iddiaları müğənnin keçmiş əri və uşaqlarının atası Kevin federlayn, öz atası Ceymi Spirs səsləndiriblər.

45 yaşlı müğənninin metamfetamindən istifadə etdiyi bildirilib. “Bu çox dəhşətlidir, onu dayandırmasalar, öləcək. uşaqlarımın anasıdır, ona görə narahatam” deyə keçmiş ər bildirib.
 Britninin 16 və 17 yaşlı iki oğlu var. Onlar anaları ilə görüşməkdən imtina edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir