Şou-Biznes

Rəqsanə İsmayılovanın “Vorzakonsayağı” davranışı

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, buna səbəb müğənni Rəqsanə İsmayılovanın kütləvi şəkildə səhifələri şikayət etməsidir. İfaçının özü də bu barədə video yayaraq belə bir addım atdığını təsdiqləyib.

“Əziz sənət dostlarım, səhifəni rəsmi qaydada instaqrama şikayət edirsiniz, hər səhifədən beş dənə şikayət göndərirsiniz, həmin səhifə bağlanır. Cavablarını alırlar”, – deyə R.İsmayılova qeyd edib. 

Artıq Olay.az saytının 300 minə yaxın izləyicisi olan “olay.az_official” instaqram hesabı bağlanıb.

Eyni zamanda Axşam.az saytının 624 minlik izləyicisi olan səhifəsi kütləvi şəkildə kiber hücumlara məruz qalıb. Müğənni həmçinin “Qafqazinfo” saytının instaqram səhifəsinə də ismarış yazıb. O, haqqında paylaşılan xəbərlərin səhifədən silinməsini tələb edib, əks halda səhifədə problemlərin yaşanacağı ilə bağlı hədələyib.

Xatırladaq ki, R.İsmayılova son günlər aparıcı Sərxan Kərəmoğlunu təhqir etməsi ilə gündəmdədir. Onun Kərəmoğlu tərəfindən polislə hədələnməsinə aşağılayıcı tonda cavab verməsi, aparıcının başına oyun açacağını deməsi müzakirələri daha da böyüdüb. Sərxanın yaydığı səsdə Rəqsanənin avtoritetsayağı danışığı, eyni zamanda qanunları və dövlət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir