Şou-Biznes

“Üç dəfə evləndim, amma yenə ona qayıtdım” – MƏHKƏMƏ EKSPERTİ

Sharing is caring!

Məhkəmə eksperti Sevil Atasoy qatıldığı proqramda şəxsi həyatı ilə bağlı etiraflar edib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, gənc yaşlarında atası tərəfindən təzyiqlərə məruz qaldığını açıqlayan Atasoy buna görə erkən yaşda ailə qurduğunu, lakin səhv etdiyini bildirib:

“Çox erkən evlənməməlisən. Atanın və mühitin təzyiqi üzərimdə çox idi. Atam da məhkəmə eksperti idi, ona görə də qızının axşam çölə çıxmasını istəmirdi. Dostumun evində bir gecə belə qalmadım. Atamın evindən qaçmaq üçün evləndim, amma bu düzgün olmadı. Atam orta məktəbdən bəri görüşdüyüm adamı (Faruk Atasoy) solçu olduğu üçün istəmirdi.

“Kommunistə qız vermirəm” dediyi üçün sevdiyim adamla yox, başqası ilə evləndim. Amma sonra Farukun yanına qayıtdım və bir qızımız oldu. O proses Faruk üçün də, mənim üçün də çox çətin oldu. Birinci həyat yoldaşımla evil olarkən çamadanımı götürüb sevdiyim adamın yanına qaçdım. Faruk Ankarada tələbə evində qalırdı, məni qarşısında çamadanla görəndə az qala huşunu itirəcəkdi. Həyat bizi uzun illərdən sonra birləşdirdi. Faruk çox ağıllı adamdır. Qadınları anlayan kişilər var, Faruk da belədir”.

Sevil Atasoy Faruk Atasoydan boşandıqdan sonra üçüncü dəfə evləndiyini, lakin ondan ayrılaraq yenidən Atasoya qayıtdığını açıqlayıb:

“Üç dəfə evləndim, indi yenidən ikinci həyat yoldaşımın yanındayıq. Birlikdə tətilə gedirik, amma evlilik yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir