Media

Diaspor Komitəsi xaricdə yaşayan jurnalistlərin müzakirə platformasını yaradır

Sharing is caring!

Diasporla İş üzrə Dövlət Komitəsinin internet televiziyası olan Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramı çərçivəsində “Blits şərh” bölümünə start verilir.

Dövlət Komitəsindən verilən məlumata görə, məqsəd xaricdə yaşayan azərbaycanlı jurnalistlərin müzakirə platformasını yaratmaq, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha yaxşı çatdırılması imkanlarını araşdırmaq, Avropa və qərbin media orqanları ilə əməkdaşlıq formatı istiqamətində fikir mübadiləsi aparmaqdır.

Ayda iki dəfə İctimai TV-də yayımlanan verilişin “Blits şərh” rubrikasını Komitənin dəvəti ilə hazırda Rusiyada yaşayan tanınmış jurnalist Xəyal Tağıyev aparacaq. “Vətən uzaqda deyil” proqramının müəllifi və aparıcısı Vəsilə Vahidqızı bu barədə fb sosial şəbəkəsində məlumat verib və ziyalılar, jurnalistlər X.Tağıyevin Diasporla İş üzrə DK-nın vasitəsilə ilə yenidən TV ekranlarına qayıtmasını müsbət qarşılayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir