Şou-Biznes

Selena və Hailey davası bitmir: “Qəlbim çox qırılıb, bəsdi artıq!”

Sharing is caring!

Müğənni Selena Gomez, model Hailey Bieber və fenomen Kylie Jenner üçbucağının arasındakı gərginlik sosial medianın gündəmindən düşmür. Selena və Haileyin məsələsi isə alovu daha da yüksəldib. 

Lent.az xəbər verir ki, bu dəfə buna səbəb Selenanın qalmaqalın uzanmasını istəməməsidir.  

Hailey Selenanın xəstəliyi və ya çəkdiyi videolar üzərindən ona lağ etmək istəmədiyini açıqlasa da, model günbəgün izləyici itirir. Sosial mediada bullinqə məruz qalan Selena isə bütün danışılanlara cavab olaraq paylaşım etmək məcburiyyətində qalıb.

Belə ki, qəlbinin qırıldığını söyləyən müğənni “Xahiş edirəm ki, düşüncəli olun və başqalarının ağıl sağlığını düşünərək, hərəkət edin. Qəlbim qırılıb, bəsdir artıq. Hər kəs üçün ən yaxşısını diləyirəm. Hər kəsə sevgilər”, – deyə, vurğulayıb.  

Qeyd edək ki, Selena Gomezin keçmiş sevgilisi Justin Bieber Hailey Baldwin ilə 5 ildir evlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir