Dünya

Türkiyə haubitsalarının ilk ixrac ünvanı bəlli oldu

Sharing is caring!

Türkiyədə istehsal edilən “Yavuz” özüyeriyən haubitsalarını alan ilk ölkə Malayziya olacaq.

Bu barədə Malayziyanın Baş naziri İsmayıl Səbri Yakubun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı razılıq əldə edilib.

“Makina ve Kimya Endüstrisi” şirkəti tərəfindən istehsal olunan haubitsaların lüləsinin uzunluğu 52 mm-dir. Burada 155 mm çaplı sursatdan istifadə edilir.

Haubitsanın döyüş vəziyyətinə gətirilməsi maksimum 1 dəqiqə, yerinin dəyişdirilməsi isə 2 dəqiqə çəkir. Atəş sürəti – 40 km-ə qədər məsafədədir. “Yavuz” özüyeriyən haubitsalarının ekipajı 5 nəfərdən ibarətdir. Maksimal sürət saatda 90 km-dir.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir