Dünya

Dünyanın ilk hərbi PUA gəmisi Türkiyə Ordusunda xidmətə başlayır – VİDEO

Sharing is caring!


Dünyanın ilk silahlı pilotsuz uçuş aparatları gəmisi, eyni zamanda da Türkiyənin ən böyük hərbi gəmisi olan “TCG Anadolu” ölkə donanmasının xidmətinə verilir.

Məlumata görə, çoxməqsədli amfibiya hücum gəmisinin layihəsi Dəniz Qüvvələri Komandanlığının ehtiyaclarına uyğun olaraq 2015-ci ildən hazırlanmağa başlanıb.

2019-cu ilin may ayında suya buraxılan gəminin 2022-ci ilin iyununda qəbul sınaqları keçirilib.

Bildirilir ki, artıq “TCG Anadolu” orduda xidmətə tam hazırdır və Prezident Rəcəb Tayyib Ərdoğanın da qatılacağı mərasimlə Müdafiə Sənayesi Nazirliyi tərəfindən Dəniz Qüvvələri Komandanlığına təhvil veriləcək.

Qeyd edək ki, “TCG Anadolu” Türkiyə donanmasının gücünü və çəkindiriciliyini artıracaq.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir