Şou-Biznes

Məşhur müğənninin oğlu narkotiklə SAXLANILDI

Sharing is caring!

Məşhur müğənni İqor Talkovun oğlu İqor Moskvada bir çanta narkotiklə saxlanılıb.

Lent.az xəbər verir ki, metropoliten polisi özünü şübhəli aparan oğlanı tutublar. 

Saxlanılan şəxs əlindəki çantada narkotikin olduğunu etiraf edib. Baxış zamanı çantanın içərisində yaşıl-qəhvəyi maddə aşkar edilib. Məlum olub ki, bu, həşişdir. Polislər onlarla aqressiv danışan şəxsi qandallayaraq bölməyə aparıblar.

Artıq İqor barəsində istintaq başlanıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir