Cəmiyyət

Bərdədə ər ondan ayrılan arvadını bıçaqladı

Sharing is caring!

Bərdədə ər arvadını bıçaqlayıb.

“Report”un verdiyi məlumata görə, hadisə axşam saatlarında Bərdədə məcburi köçkünlərin məskunlaşdığı 866 saylı qəsəbədə baş verib.

Məhəmməd adlı şəxs bir müddət əvvəl ondan ayrılaraq ata evinə gələn həyat yoldaşı Arzu adlı xanıma axşam saatlarında binanın blokunda bir neçə bıçaq zərbəsi endirib. Arzunun qışqırığına çıxan qonşuların müdaxiləsindən sonra Məhəmməd əlindəki bıçaqla binanı tərk edərək hadisə yerindən uzaqlaşıb.

Yaralı qonşuların köməkliyi ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir