İqtisadiyyat

Azərbaycan manatının dövretmə sürəti cüzi artıb

Sharing is caring!

Bu il yanvarın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 4,53 bənd təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatında xəbər verilib.

Bu, ötən il dekabrın 1-i ilə müqayisədə 0,09 bənd az, 2022-ci ilin yanvarın 1-nə nisbətən isə 0,64 bənd çoxdur.

Xatırladaq ki, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi də 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir