Dünya

Nazir: “Hələ də tapılmayan vətəndaşlarımız var”

Sharing is caring!

“Hələ də zəlzələ baş verən bölgələrdə tapılmayan və məlumat ala bilmədiyimiz vətəndaşlarımız var”.

Oxu.Az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə Kahramanmaraşda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hər gün statistika yenilənir:

“Son məlumata görə, beş vətəndaşımız zəlzələ bölgəsində həyatını itirib. Bir nəfərin nəşinin qohumları tərəfindən Türkiyədə dəfn edilməsi qərar alınıb. Dörd nəfərin nəşinin isə Azərbaycana aparılması istiqamətində işlər aparılır”.

Nazir qeyd edib ki, indiyə qədər 438 nəfər zəlzələ bölgəsindən Azərbaycana təxliyə edilib.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir