Şou-Biznes

“Vücudumda hər yerim mükəmməldir” – Yıldız Tilbe

Sharing is caring!

Tanınmış müğənni Yıldız Tilbe alış-veriş edərkən kameralara tuş gəlib. 

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, 7000 lirəlik kosmetik vasitə aldığını söyləyən müğənni özünü çox gözəl hesab elədiyini söyləyib. “Botoksa ehtiyac görmürəm. Daş kimiyəm. Bircə dişlərimi düzəltdirməliyəm. Vücudumda hər yerim mükəmməldir”,- deyə o bildirib.

 Bu günlərdə Van şəhərində 10 yaşlı uşağın sahibsiz itlərin hücumu nəticəsində ölməsi xəbərindən sonra “ Küçə itləri zəhərlənərək öldürülməlidir!” paylaşımı ilə tənqidlərə tuş gələn müğənni, öz fikrinə haqq qazandırıb.

“Yer üzünün ən dəyərli canlısı insandır. Yer üzünü insan gözəlləşdirir, insan idarə edir. İnsana zərər verən canlılar məhv edilməlidir” deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir