Dünya

Zəlzələ Gürcüstana çatıb: Yeraltı təkanlar Batumidə hiss olundu – VİDEO

Sharing is caring!

Türkiyədə baş verən dağıdıcı zəlzələnin təkanları Gürcüstanın Batumi şəhərində də hiss olunub.

Bunu şəhər sakinlərinin sosial şəbəkələrdə yerləşdirdikləri videogörüntülər sübut edir.

Batumidə çoxmərtəbəli binaların sakinləri yeraltı təkanlar səbəbindən mənzillərində çilçıraqların və mebellərin yırğalandığını bildiriblər. Bundan əlavə, onlar divarların aydın titrəməsini hiss etdiklərini deyiblər.

Hələlik zərərçəkənlər barədə məlumat verilməyib.

Xatırladaq ki, bu gün səhər Türkiyə və Suriyada güclü zəlzələ baş verib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, bu, 1939-cu ildən bəri müşahidə edilən ən güclü zəlzələdir. Təbii fəlakətlərin qurbanlarının sayı 900 nəfəri keçib, daha 5 min nəfər xəsarət alıb.

Qeyd edək ki, Türkiyədəki zəlzələ Naxçıvan və Lənkəranda da hiss edilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir