Şou-Biznes

İradə İbrahimova psixoloqa OD PÜSKÜRDÜ: “Sanki ölüb” – FOTO

Sharing is caring!

Türkiyədə yaşayan tanınmış müğənni İradə İbrahimova paylaşımı ilə diqqət çəkib.

Lent.az xəbər verir ki, ifaçı “Instagram” hesabında onun paylaşımına təhqiramiz ifadələr yazan izləyicini tənqid edib.

Müğənni “Pedaqoq_psixoloq_loqoped” adlı izləyicinin “İradə sanki ölüb, ağlayanı yoxdur. Niyə bu günə qoyub özünü?” şərhinə “Pedaqoq, psixoloq – ikisi də mənim üçün çox dəyərli peşədir, amma… Uşaqlarımız əllərindədir. Mənmi gözümdə böyüdürəm bunun kimi bir peşənin sahiblərini, baş açmadım. Öncə insan olmaqdır, bəli! İnsan olmaq! İnsan olmadıqdan sonra müəllim olsan, nə fayda, həkim olsan, nə fayda? Öncə insan ol”, – deyə, yazıb. 

Qeyd edək ki, İradə İbrahimova türkiyəli iş adamı Ceyhun İzerlə evlidir. Cütlüyün iki uşağı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir