İdman

“Barselona” Holandı transfer etmək üçün əsas oyunçularını satacaq

Sharing is caring!


“Barselona”nın prezidenti Joan Laporta “Mançester Siti”nin hücumçusu Erlinq Holandı transfer etmək üçün üç bəndlik plan hazırlayıb.

Məlumata görə, birinci bənd investor tapmaqdır və artıq bununla bağlı iş gedir. İkincisi, Robert Levandoski, Jül Kounde və Rafinya kimi komanda oyunçularının satışıdır. Üçüncüsü isə Holandı maddi durumuna görə deyil, “Barselona”da oynamağın nə demək olduğuna görə razı salmaqdır.

Qeyd edək ki, daha əvvəl norveçli futbolçunun “Barsa”ya keçidinin razılaşdırıldığı və katalonların transfer üçün 100 milyon avro ödəyəcəyi bildirilirdi.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir