Cəmiyyət

Gömrük Komitəsində diplomu təsdiqlənməyən şəxslərin işdən çıxarılması iddiasına rəsmi cavab – YENİLƏNİB

Sharing is caring!

Dövlət Gömrük Komitəsi kadr islahatları ilə bağlı yayılan iddialara aydınlıq gətirib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq verilən məlumata görə, Bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən gömrük əməkdaşlarının diplomlarının araşdırılması ilə bağlı xüsusi göstəriş verildiyinə və xeyli sayda şəxsin diplomunun təsdiqlənməməsinə dair yayılan məlumatlar həqiqətə uyğun deyil:

“Bildiririk ki, işə qəbul zamanı, həmçinin gömrük orqanlarında xidmət dövrlərində mütəmadi olaraq insan resurslarının idarəedilməsi ilə bağlı sənədlərin öyrənilməsi həyata keçirilir və qanunazid hallar aşkar edildikdə, müvafiq tədbirlər görülür”.

14:36

Dövlət Gömrük Komitəsində (DGK) diplomlarla bağlı araşdırma aparılır. 

“Qaynarinfo” xəbər verir ki, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov bununla bağlı göstəriş verib. 

Artıq ilkin nəticələr də məlum olub. Belə ki, gömrük sahəsində çalışan xeyli sayda vəzifəli və rütbəli şəxsin diplomunun təsdiqlənməməsi faktı aşkarlanıb. 

O da aydın olub ki, DGK-nın bəzi rütbəli şəxsləri xarici ölkələrdəki ali məktəblərə adlarını yazdırsalar da, həmin ölkələrə getmədən “təhsil” alıblar. Bu kimi hallar müəyyən edilən şəxslər işdən azad olunurlar və bəzilərinin barəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir