Dünya

ABŞ iranlıların internetə sərbəst çıxışını asanlaşdırmaq istəyir – FOTO

Sharing is caring!

“İran xalqının internet probleminin həlli üçün özəl şirkətlər və digər dövlətlərlə əməkdaşlıq etməyə hazırıq”.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

O, keçirdiyi mətbuat konfransında İranda həbslərin davam etdirilməsini pisləyib və İran xalqına internet probleminin həlli ilə bağlı dəstək ola biləcəklərini vurğulayıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

“Əgər özəl sektorun texnologiya şirkətləri və hətta digər dövlətlər İran xalqının bir-biri ilə və xarici dünya ilə ünsiyyət qura bilməsi üçün daha yaxşı təkliflər verərsə, biz bu təkliflərin həyata keçirilməsində onları dinləməyə və əməkdaşlıq etməyə hazırıq”, – deyə Prays qeyd edib.

O, Təranə Əlidusti və digər sənət adamlarının, jurnalistlərin, tələbələrin, idmançıların və insan haqları müdafiəçilərinin həbsini pisləyib. Həmçinin bunu İranın ikiüzlülük, qorxu yaratmaq və dinc nümayişləri yatırtmaq taktikası adlandırıb.

Dövlət Departamentinin sözçüsü Ned Prays Co Bayden hökuməti adından İran hakimiyyətini özbaşına həbslərdən və İran xalqını əsas azadlıqlarından məhrum etməkdən əl çəkməyə çağırıb. O, İran səlahiyyətlilərinə xatırladıb ki, ABŞ və dünya molla rejiminin xanım Əlidustiyə və digər özbaşına həbs edilənlərə qarşı rəftarını sakitcə seyr etməyəcək.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir