Şou-Biznes

76 yaşlı müğənni 36 yaşlı sevgilisi ilə NİŞANLANDI

Sharing is caring!

"Believe" mahnısı ilə tanınan müğənni Cher 36 yaşlı sevgilisi ilə nişanlanıb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 76 yaşlı ifaçı noyabrda axşam yeməyi zamanı əl-ələ tutarkən kameralara tuş gəldikdən sonra öz musiqi prodüseri Alexander Edwards ilə münasibətlərini təsdiqləyib.

İndi isə cütlüyün münasibətlərini bir addım da irəli apardığı haqda şayiələr yayılıb. Belə ki, musiqi ikonu Milad paylaşımında olan brilyant üzüklə beyinlərdə sual işarəsi yaradıb. Cher sosial media hesabında "Deməyə söz yoxdur, Aleksandr" yazıb. Üzüyü yenidən paylaşan Cher bu dəfə "Dırnaqlar gözəl olduğu üçün bu şəkli yerləşdirdim" şərhini qeyd edib.

Bunun nişan elanı olduğunu düşünən pərəstişkarları həm sürpriz, həm də sevinc dolu mesajlar atıblar. Bəziləri “Təbrik edirəm”, bəziləri isə “Təklif etdi? Bunun mənası nədi?" suallar verib.

Cher bundan öncə də öz "Twitter" hesabında özündən 40 yaş balaca sevgilisi Alexander Edvardsın ürək emojisi ilə fotosunu paylaşaraq münasibətini elan edib. 36 yaında olan Alexander Edvards keçmiş model və televiziya şöhrətli 39 yaşlı Amber Roseun keçmiş sevgilisidir. İkisinin münasibətlərindən Slash Electric Alexander Edvards adlı üç yaşlı oğlu var.

Cütlüyün 40 illik yaş fərqini tənqid edənlərə cavab olaraq sosial şəbəkədə tvit ataraq "Mən bizi müdafiə etmirəm. Qısqananlar çatlasın… Sevinsək, inciməsək də fərqi yoxdur".

Cher bildirib ki, sevgilisi Aleksandr Edvard onunla "kraiça kimi" rəftar edib və "Sevgi riyaziyyatı başa düşmür!" ifadəsini işlətmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir