Dünya

Türkiyəli nazir: “Ölkəmiz dünyanın ən böyük sənaye və ticarət mərkəzlərindən biri olacaq”

Sharing is caring!


“Türkiyə dünyanın ən böyük sənaye və ticarət mərkəzlərindən biri olacaq”.

Bunu Türkiyənin maliyyə və xəzinə naziri Nureddin Nebati Mersində çıxışı zamanı deyib.

O bildirib ki, hökumət xalqın rifahı naminə inflyasiyanı azaltmaq istiqamətində işlər görür:

“Bu mənada maliyyə sahəsindəki sabitliyi qoruyacaq, lirəyə inamı artıracaq siyasət ortaya qoyacağıq. Davamlı inkişafı təmin edəcək investisiya və layihələri davam etdirəcəyik”.

Nazirin sözlərinə görə, Türkiyənin inkişafı davam edəcək:

“Ölkəmizin beynəlxalq dəyər zəncirindəki rolunu gücləndirəcəyik. İxracda asılılığı azaldacağıq”.

N.Nebati söyləyib ki, əsas hədəflərindən biri 2028-ci ildə ölkəyə 90 milyon turist cəlb etmək və 100 milyard dollar gəlir götürməkdir.

Mənbə: “Star”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir