Cəmiyyət

Bakıda 17 mərtəbəli binanın 18-ci mərtəbəsi tikildi – “Quş qanadı” isə söküldü

Sharing is caring!


Xətai rayonu, Həsən Salmani küçəsi, 17 ünvanında “Sahil” MTK-nın tikdiyi 17 mərtəbəli binanın qanunsuz olaraq 18-ci mərtəbəsi tikilib. 

“Qaynarinfo”a daxil olan məlumata görə, sözügedən ünvanda yerləşən 17 mərtəbəli binanın 18-ci mərtəbəsində mansard salınıb və qanunsuz olaraq satılıb. 

Bu azmış kimi, binanın fasadında quş qanadına bənzər tikili də sökülüb. Görünür binanın mansardında tikilən evlərin sakinlərinin şəhər panoramını görməsinə maneçilik törətdiyi üçün bu tikilini söküblər. Görüntülərdən də aydın görmək olur ki, sözügedən binada qanunsuz işlər aparılır.

Qanunvericiliyə əsasən, qanunsuz tikintilərin söküntüsü Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov açıqlama verərək bildirib ki, bu cür icazələrin hər biri Bakı şəhər Arxitektura Komitəsi tərəfindən verilir. İcra Hakimiyyətinin bu gün tikinti ilə bağlı sərəncam vermək hüququ yoxdur. Bütün bu işlər sözügedən qurum tərəfindən həyata keçirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir