Şou-Biznes

Yeni ili məşhurlar harada, necə KEÇİRƏCƏKLƏR? – SİYAHI

Sharing is caring!

Bu həftə 2022-ci ili geridə qoymağa hazırlaşırıq. Kimisi Yeni ili ailəsi ilə, kimisi iş başında, kimisi isə xarici ölkədə qarşılayacaq. Bəs azərbaycanlı məşhurlar necə? Onlar 31 dekabr günü harada, nə edəcəklər?

Lent.az-ın əməkdaşı bununla bağlı bir neçə məşhurla əlaqə saxlayıb. 

İlin son günündə səhnə alan Azərbaycanın “diva”sı, Xalq artisti Aygün Kazımova sevənləri ilə görüşəcək. 

Xalq artisti Röya Ayxan da 31 dekabrda səhnədə olacaq. 

Daha bir Xalq artisti Brilliant Dadaşova Lent.az-a açıqlamasında bu il üçün hələlik dəqiq bir qərar vermədiyini açıqladı. O bildirdi ki, Yeni İli evdə və ya iş başında keçirəcəyi barədə planı qəti deyil. 

Xalq artisti Tünzalə Ağayeva gecə saat 11-ə qədər səhnədə çıxış edəcək. Sonra isə o, oteldə Yeni ili qarşılayacağını Lent.az-a bildirdi.

Tanınmış stilist Anar Ağakişiyev 31 dekabr gününü iş başında keçirəcək, daha sonra evində yaxınları ilə birgə qeyd edəcək.

Müğənni Dilarə Kazımova həmin gün bir neçə yerdə çıxış edəcək və Yeni ili iş başında qarşılayacaq.

Müğənni Xuraman Şuşalı bu ili ailəsi birgə keçirməyi düşündüyünü deyib.

Qeyri-adi imici ilə tanınan müğənni Elza Seyidcahan da Yeni ili nəvələrinin, ailəsinin əhatəsində keçirməyi planlaşdırır.

Müğənni Damla 31-i dekabr saat 12-ə kimi şou proqramlarda çıxış edəcək. Sonra evində, yaxınları ilə birgə Yeni ili qarşılayacaq.

Şairə, xına məclislərinin aparıcısı Nazilə Səfərli Lent.az-a açıqlamasında deyib ki, gəlininin ilk Yeni ilidir deyə, birinci oğlunun ailəsi ilə qeyd edəcək. Daha sonra iş başında olacaq.

Müğənni Aysun İsmayılova Həmrəylik günü ilə bağlı şou proqramlarda iştirak edəcək. Saat 12-dən sonra isə ailəsi ilə birgə Yeni ili qarşılayacaq.

Əməkdar artist Aybəniz Haşımova Yeni ili şou proqramlarda deyil, evində qarşılayacaq.

Rəqqasə Renka 31 dekabr günü səhnədə olacaq. Sonra ailəsi ilə birgə Yeni ili qeyd edəcək.
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir