Sosial

“Məhkum qadınlara dəstək tədbirləri” adlı layihə icra edilir

Sharing is caring!

Azərbaycan Qadınlarının Haqlarını Müdafiə Mərkəzi İctimai birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.09.2022-ci il trixindən “Məhkum qadınlara dəstək tədbirləri” adlı layihə icra edəcək.

 Layihə rəhbəri Aydan Xıdırovanın sözlərinə görəlayihənin məqsədi, məhkumluq həyatı yaşayan qadınlara psixoloji, tibbi, hüquqi dəstək göstərməkdir. Aydan xanımın sözlərinə görə müxtəlif cinayətlərə görə məhkumluq həyatı yaşayan qadınlara mənəvi, psixoloji, hüquqi və tibbi yardım etmək lazımdır. Bunun üçün, müxtəlif cəzaçəkmə müəssisələrində cəza çəkən qadınlarla görüş keçirəcəyik. Görüşdə psixoloq-həkim, hüquqşünas da iştirak edəcək. Qadınlara müvafiq yardım ediləcək, maarifləndirmə aparılacaq.

Eyni zamanda, qadındalara sanitar-gigiyena qaydalarına əməl etməsi üçün hədiyyə çantaları veriləcək, onun içində zəruri ləvazimatlar olacaq. Sonda qadınların həyat hekayəsindən bəhs edən film hazırlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir