Cəmiyyət

“Mərhəmət” Kimsəsizlərə Yardım İB tərəfindən layihənin icrasına start verildi

Sharing is caring!

“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.09.2022-ci il trixindən “Ailədən cəmiyyətə yayılan təhlükə” adlı layihə icra edəcək. Layihə rəhbəri İradə Nəsirovanın sözlərinə görə layihə əsasən Şirvan vıə İmişli şəhərində icra olunacaq. İradə xanım bildirdi ki, layihənin ideyası ailələri tərəfindən küçələrə atılmış uşaqlara psixoloji, tibbi və hüquqi yardım göstərməkdən ibarətdir. Bunun üçün Şirvan və İmişli rayonlarında küçələrdə yaşayan uşaqlarla görüş keçiriləcək və onların valideynləri tapılacaq. Küçədə olduğu üçün depressiya və stres yaşayan uşaqlara psixoloji və tibbi yardımlar göstəriləcək. Eyni zamanda, onlarla aparılan söhbətlər əsasında valideynləri tapılacaq. Onlara da psixoloji dəstək göstəriləcək. Övladlarını küçələrə atmağa hansı psixoloji və sosial hadisələrin təsir etdiyi müəyyənləşdiriləcək. Daha sonra uşaqlar sığınacaqlara cəlb ediləcək. Burada psixoloq onlarla mütəmadi görüşlər keçirəcək. Ailələrə və uşaqlara bununla yanaşı hüquqi və tibbi yardım da ediləcək. Daha sonra uşaqların cəmiyyətə yenidən, daha sağlam fikirli fərdlər olaraq adaptasiyası üçün tədbirlər görüləcək. Onlar məşğələlər və kurslara cəlb olunacaq. Şirvan şəhərində yerləşən sığınacağa cəlb olunmuş iki uşağın həyat hekayəsi ilə bağlı film çəkiləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir