Siyasət

Qafqaz-İberoamerika Düşüncə Mərkəzi Qoşulmama Hərəkatının Gənclər Sammitində təmsil olunub – FOTO/VİDEO

Sharing is caring!

Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin sədri Bakıda keçirilən Qoşulmama Hərəkatının Gənclər Sammitində iştirak edib. 

Oxu.Az xəbər verir ki, Bakıda keçirilən Qoşulmama Hərəkatının Gənclər Sammitində Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin sədri, Mahir Qurbanov müşahidəçi qismində iştirak edib. 

Qeyd edək ki, Qoşulmama Hərəkatında ispandilli ölkələr də yer alır. Mərkəzi Amerika və Latın Amerikası ölkələri ilə əməkdaşlığın genişləndirilməsi çox önəmlidir və buna əsaslanaraq, Qafqaz-İberoamerika Düşüncə Mərkəzi də sammitdə müşahidəçi qismində təmsil olunub. Mahir Qurbanov tədbir çərçivəsində müxtəlif ölkələrin nümayəndələri ilə fikir mübadiləsi apararaq, eyni zamanda ispandilli ölkələrlə bir mərkəz olaraq aparılan işlər barədə məlumat verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir