Dünya

Ronaldu “Mançester Yunayted”i tərk etməkdə qərarlıdır: Erik ten Haq futbolçunu razı sala bilməyib

Sharing is caring!

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu “Mançester Yunayted”i tərk etməkdə qərarlıdır.

Mənbə yazır ki, iki gün əvvəl hücumçu karyerasının gələcəyini müzakirə etmək üçün Mançesterə qayıdıb.

“Qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haqla ulduz futbolçu arasında baş tutan danışıqlar nəticəsiz qalıb.  

Niderlandlı məşqçi portuqaliyalını komandada qalmağa razı sala bilməyib.

Ronaldu “Mançester Yunayted”lə olan müqaviləsinə xitam verilməsini və Çempionlar Liqasında çıxış edən iddialı klublardan birinə transfer olmaq istədiyini dilə gətirib.

Lakin “Mançester Yunayted”in rəhbərliyi futbolçunu buraxmaq fikrində olmadığını bildirib.

Klubdan mətbuata sızan məlumatda qeyd olunur ki, klubun Ronaldu ilə bağlı mövqeyi dəyişməyib və Kriştianu ilə maraqlanan komandalardan heç biri kluba müraciət etməyib.

Mənbə: Daily Mail

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir