Siyasət

Azərbaycan və Türkiyə Prezidentləri Zəngilan hava limanının açılışında iştirak edəcəklər

Sharing is caring!

Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan hava limanının açılışında Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyini bildirib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə dövlət başçısı Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanıkı qəbulu zamanı qeyd edib.

Prezident İlham Əliyev bu gün dostluq və qardaşlıq münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, Derya Yanıkın səfərinin ölkələrimizin aidiyyəti qurumları arasında əməkdaşlığın genişlənməsi işinə töhfə verəcəyinə əminliyi bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir