Siyasət

Azərbaycan, Türkiyə və İran XİN başçıları Tehranda üçtərəfli görüş keçirəcək

Sharing is caring!

Türkiyə-İran-Azərbaycan üçtərəfli əməkdaşlıq formatı çərçivəsində xarici işlər nazirlərinin növbəti görüşü İranın Tehran şəhərində olacaq.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Çavuşoğlunun sözlərinə görə tərəflər görüşü bu il ərzində keçirməyi planlaşdırır. Dəqiq tarix barədə məlumat verilmir.

Çavuşoğlu Türkiyə və İranın ətraf mühitlə bağlı birgə fəaliyyətinin zəruriliyinə diqqət çəkib və iki ölkənin mütəxəssislərinin bir araya gələcəyini bildirib.

O, eyni zamanda, Türkiyə və İranın köklü və tarixi əlaqələri olduğunu vurğulayıb və bu əlaqələri hər sahədə genişləndirmək və hər iki ölkəyə fayda verəcək şəkildə inkişaf etdirmək əzmində olduqlarını qeyd edib.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir