Siyasət

İran parlamentinin spikeri Azərbaycana səfər edəcək

Sharing is caring!

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf Azərbaycana səfər edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında deyib.

M.Qalibafın Bakıya gəlişinin tarixi açıqlamayan H.Əmirabdullahiyan səfərin iki ölkənin əlaqələrinin inkişafında müsbət rol olacağını qeyd edib.

C.Bayramov da İran parlamentinin spikerinin Azərbaycana səfərini müsbət qiymətləndirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir