İdman

“Braqa” səddini keçən “Qarabağ”dan futbolçularına yüksək məbləğdə pul mükafatı

Sharing is caring!


“Qarabağ” ötən həftə tarixinin ən böyük uğurunu əldə edib. Avropa Liqasının 1/16 final mərhələsində “Braqa” ilə üz-üzə gələn “köhlən atlılar” Bakıda 2:3 hesabıyla uduzsa da, Portuqaliyada əldə etdiyi nəticəyə (4:2) görə 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, bu şanlı zəfər klub rəhbərliyi tərəfindən qiymətləndirilib.

Belə ki, əsas heyətdə meydana çıxan hər bir futbolçuya 50 min manat mükafat ödənilib.

Oyuna sonradan daxil olanlar bu məbləğin 75 faizini, yəni 37 500 manatını alıblar. Ehtiyatda qalanlara 25 min manat verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir