İdman

“Qarabağ”a qarşı oyun öncəsi qalib gəldilər

Sharing is caring!

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Frayburq” Almaniya Bundesliqasında 12-ci tur oyununa çıxıb.

Oxu.Az xəbər verir ki, komanda “Şalke”nin qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.

“Şalke” – “Frayburq” – 0:2
Qollar: Qrifo, 45+1, 61-pen

Bu qələbə ilə xalını 24-ə yüksəldən “Frayburq” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Siyahıya 26 xalla “Union” başçılıq edir. “Bavariya” 25 xalla 2-cidir.

Qeyd edək ki, Avroliqanın qrupunun ilk oyununda Almaniyada “Frayburq”a 1:2 hesabı ilə uduzub. Bu komandalar arasında noyabrın 3-ü Bakıda keçiriləcək ikinci matç saat 21:45-də başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir