Siyasət

Türkiyə Azərbaycana gələn turistlərin sayına görə birincidir

Sharing is caring!

“Türkiyə hazırda Azərbaycana gələn turistlərin sayına görə birinci yerdədir”.

Bu sözləri Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Bəhruz Əsgərov deyib.

Onun sözlərinə görə, bu ilin yanvar-may aylarında Türkiyədən gələn turistlərin sayı 116 243 nəfər olub.

O qeyd edib ki, Türkiyə eyni vaxtda 115 468 turistin gəldiyi Rusiyanı geridə qoyub.

Türkiyə ilə Azərbaycan arasında həm qurumlararası, həm də dövlət səviyyəsində çox yaxşı əlaqələrin olduğunu vurğulayan Əsgərov bu vəziyyətin iki ölkə arasında biznesin aparılması üçün böyük imkanlar yaratdığını bildirib.

Mənbə: TRT Avaz

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir