İdman

Azərbaycan taekvondosunun fiasko seriyası davam edir

Sharing is caring!

İtaliyanın paytaxtı Romada taekvondo üzrə Qran-pri turnirinə yekun vurulub.

Oxu.Az xəbər verir ki, yarışın son günündə Azərbaycanın daha iki təmsilçisi dayanq üzərinə çıxıb.

Patimat Abakarova (-49 kq) və Ayxan Tağızadə (-80 kq) ilk mərhələdə, müvafiq olaraq, İspaniya və Özbəkistan idmançılarına uduzaraq mübarizəni dayandırıblar.

Daha əvvəl kişilərdən Həşim Məhəmmədov (-58 kq) və Cavad Ağayev (-68 kq), qadınlardan isə Fəridə Əzizova (-67 kq) Qran-pridə mükafatçılar sırasına düşə bilməyiblər.

Bununla da taekvondo millilərimizin fiaskosu davam etməkdədir. Ötən ay Avropa çempionatından cəmi bir bürünc medalla qayıdan kişi taekvondo millimizin baş məşqçisi Reza Mehmandustun yaxın günlərdə rəsmi şəkildə federasiyadan göndəriləcəyi gözlənilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir