Cəmiyyət

Abşeron məktəbliləri “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin qalibi oldular

Sharing is caring!

Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin qalibi olan Məmmədli kənd tam orta məktəbin komanda üzvlərinə Fəxri Fərman və mükafatlar təqdim olunub. Qeyd edək ki, Təhsil Nazirliyinin “Şuşa ili” ilə əlaqədar məktəblilər arasında keçirdiyi “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsində Abşeron rayonu, Məmmədi kənd tam orta məktəbi qalib gəlib. Məktəbin 7 şagirdi festival–müsabiqə çərçivəsində dram (məktəb teatrı) nominasiyasında 15-17 yaş qrupu üzrə müəyyən olunmuş üç mərhələdə iştirak edib. Müsabiqənin 15 apreldə keçirilən rayon turunda rayon birincisi olan komanda daha sonra Sumqayıt şəhər 1nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilən zona mərhələsində ən yüksək nəticəni əldə edib. Zona mərhələsində Sumqayıt şəhəri, Şuşa, Abşeron, Xızı, Qubadlı, Zəngilan, Qobustan və Şamaxı rayonlarının məktəbliləri iştirak edib.
Respublika mərhələsi isə mayın 11-də Bakı şəhər 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilib. Azərbaycan Respublikasının əməkdar artisti Azad Şükürovun rəhbərlik etdiyi, xalq artisti Şükufə Musayevanın, əməkdar artist Yadigar Muradovun da üzvü olduğu münsiflər heyəti tərəfindən bəyənilən Məmməli kənd tam orta məktəbin yetirmələri respublika birincisi olmağı bacarıb.
O da xüsusi qeyd olunmalıdır ki, respublika mərhələsində 9 zonanın birinciləri və birincilik qazanmış 12 Bakı məktəbi iştirak edib.
Abşeron komandasının çıxışı “Müqəddəs ruhlar, sönməyən ocaqlar” adlanıb. Ssenarinin müəllifi məktəbin tədris işləri üzrə direktor müavini Mahrux Dövlətzadə olub. Qaliblərdən ibarət yekun konsert proqramı iyunun 1-də Şuşa şəhərində keçirilib. Təhsil naziri Emin Ərullayevin iştirakı ilə festival Şuşada təşkil olunan ilk respublika uşaq tədbiri kimi tarixə düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir