Cəmiyyət

Gəncədə beşotaqlı ev tamamilə yanıb

Sharing is caring!


Gəncə şəhərində fərdi evdə yanğın olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Ordubadi küçəsi 101 ünvanında yerləşən, 1995-ci il təvəllüdlü E.Aslanova məxsus evdə qeydə alınıb.

Ümumi sahəsi 220 kvadratmetr olan beşotaqlı evdə baş vermiş yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin dörd yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Qeyd edək ki, hadisə nəticəsində ev içərisindəki əşyalarla birgə tamamilə yanıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir