Mədəniyyət

Azərbaycanlı rəssam Ukraynada təltif olunub – FOTO

Sharing is caring!


Ukraynanın İrpen şəhərində təşkil olunan rəsm sərgisində gənc azərbaycanlı rəssamın əsərləri də yer alıb.

AZƏRTAC xəbər verir ki, qəhrəman İrpen şəhərində müharibədən sonra ilk dəfə yenidən VII “Boyalı İrpen” pleneri təşkil olunub.

Ukraynanın bütün regionlarından məşhur rəssamların qatıldığı tədbirdə ölkəmizi gənc rəssam Həzrət Mərdanlı təmsil edib.

Azərbaycanlı rəssamın əsərləri sərgiyə gələnlərdə maraq doğurub.

Sərgiyə baxanlar əsəri yüksək dəyərləndirib, rəssama uğurlar arzulayıblar.

Plener İrpen şəhər meri Oleksandr Markuşin tərəfindən iştirakçıların təltif olunması ilə yekunlaşıb.

Gənc rəssam Həzrət Mərdanlı şəhər meri tərəfindən xüsusi mükafat və hədiyyə ilə təltif olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir