Cəmiyyət

Avtomobili geriyə hərəkət etdirən sürücü yaşlı qadının ölümünə səbəb oldu

Sharing is caring!


Sumqayıtda 90 yaşlı qadını avtomobil vuraraq öldürüb.

APA xəbər verir ki, Bəhmən Xudayar oğlu Məmmədov “Dacia Logan” markalı avtomobilini Sumqayıt şəhəri, N.Nərimanov küçəsi 119 ünvanında arxa-arxaya idarə edən zaman, yolu soldan sağa keçmək istəyən piyada, 1933-cü il təvəllüdlü Pərnisə Əmirqulu qızı Qasımovanı vurub. Nəticədə, piyada aldığı xəsarətlərdən Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında ölüb.

Faktla əlaqədar Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir