Siyasət

Ceyhun Bayramov Bolqarıstanın baş naziri ilə görüşüb

Sharing is caring!

Bolqarıstana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstan Baş naziri Kiril Petkov ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Baş nazir Azərbaycan xarici işlər nazirini salamlayaraq, cari səfərin əhəmiyyətini qeyd edib. Azərbaycanın Bolqarıstan üçün çox önəmli bir vaxtda enerji sahəsində ölkəyə yardım etdiyini səsləndirən Baş nazir Kiril Petkov Azərbaycan Prezidenti İlham Əliyevin bu xüsusda rolunu vurğulayıb və Azərbaycan dövlətinin etibarlı tərəfdaş olduğunu qeyd edib.

Ceyhun Bayramov səmimi qəbula görə təşəkkür edib. İki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələrin iqtisadi sahədə də dinamik inkişaf ilə müşayiət edildiyi ifadə olunub.

Tərəflər ikitərəfli əlaqələrin bir sıra sahələrdə, o cümlədən enerji, iqtisadi-ticarət, informasiya texnologiyaları, nəqliyyat-tranzit, təhsil, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın növbəti iclasının keçirilməsinin iqtisadi əlaqələrin daha da genişləndirilməsinə töhfə verəcəyi qeyd olunub.

Ceyhun Bayramov Baş nazirə bölgədə münaqişədən sonra mövcud olan vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, minaların təmizlənməsi, sülh quruculuğu istiqamətində Azərbaycan hökuməti tərəfindən atılan addımlar barədə məlumat verilib.

Görüşdə regional məsələlər və qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir