Siyasət

Həsən Həsənov: “Həmsədrlər BMT TŞ-nin qətnamələrini unutdurmağa çalışırdılar”

Sharing is caring!

“ATƏT-in Minsk qrupunun həmsədrləri həmişə çalışırdılar ki, BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsi unudulsun”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Azərbaycanın BMT-dəki ilk daimi nümayəndəsi Həsən Həsənov ADA Universitetində keçirilən tədbirdə deyib.

“Biz isə çalışdıq və həmin sənədlərin imperativ xarakter daşımasına nail olduq”, – H.Həsənov deyib.

O bildirib ki, Azərbaycan 2020-ci ildə həmin qətnamələri təkbaşına icra edərək işğalda olan torpaqlarını azad etdi.

“Amma həmsədrlər çalışırdılar ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri unudulsun, bunu danışıqlarda da deyirdilər”, – deyə o əlavə edib.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir