Siyasət

Hikmət Hacıyev Konqo Prezidentinin müşaviri ilə görüşüb – FOTO

Sharing is caring!


Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Konqo Prezidentinin beynəlxalq strategiya üzrə müşaviri Fransua Coli ilə görüşüb.

H.Hacıyev baş tutan görüş barədə özünün “X” hesabında paylaşım edib.

“Azərbaycan Afrika ölkələri ilə ənənəvi dostluq münasibətlərinə malik olduğuna və Qoşulmama Hərəkatına sədrlik ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı platforma yaratdığına görə, ölkələrimiz arasında siyasi, enerji, iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin inkişafını müzakirə etdik. COP29 Konqo ilə qarşılıqlı fəaliyyətimiz üçün daha bir fürsətdir”, – deyə H.Hacıyev qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir