Cəmiyyət

Məhkəmə məktəbdə xadiməni döyən müəllimlə bağlı qərar verdi

Sharing is caring!


Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Nərminə Əsədovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Əsədovanın qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla bir il müddətinə islah işləri cəzasına məhkum edilib.

İttihama görə, hadisə 2023-cü ilin martında Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində yerləşən, Zəngilan rayon 33 saylı tam orta məktəbin inzibati binasının birinci mərtəbəsinin dəhlizində qeydə alınıb.

Belə ki, sözügedən məktəbin fiziki hazırlıq müəllimi, 1968-ci il təvəllüdlü Nərminə Əsədova ilə həmin təhsil ocağında xadimə işləyən, zərərçəkmiş Günay Babayeva (şərti) arasında mübahisə yaranıb.

Cinayət materiallarında qeyd edilib ki, Nərminə Əsədova məktəbdə keçirilən Novruz bayramı tədbirində Günay Babayeva ilə mübahisə edib, ucadan qışqırıb səs-küy salaraq söyüş söyüb. Müəllimə, həmçinin, Günay Babayevaya əl və ayaq zərbələri ilə vuraraq, xəsarət yetirməklə, xuliqanlıq edib.

Hadisədən sonra zərərçəkmiş polisə müraciət edib və təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunub.

İstintaq orqanı tərəfindən Nərminə Əsədovanın barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir